İran ordusu ölkəyə yönələcək istənilən təhdidə sərt cavab veriləcəyini bəyan edib.Bu barədə “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı Əli Abdollahi Ayətullah Seyid Əli Xameneinin vida mərasimləri ərəfəsində etdiyi müraciətdə bildirib.O, ABŞ və İsraili yanlış hesablamalardan çəkinməyə çağıraraq, İran ərazisinə qarşı hər hansı təcavüzə ordunun qətiyyətlə cavab verəcəyini vurğulayıb.Qeyd edək ki, İranın mərhum Ali Lideri Əli Xamenei ilə vida mərasimində 100-ə yaxın dövlətin nümayəndəsinin iştirakı gözlənilir. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, iyulun 3-də keçiriləcək mərasimə dövlət başçıları, parlament sədrləri, xarici işlər nazirləri və digər yüksəksəviyyəli rəsmilər qatılacaqlar.Vida mərasimləri İranda olduğu kimi, İraqın Nəcəf və Kərbəla şəhərlərində də təşkil ediləcək. Əli Xamenei isə vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində dəfn olunacaq.
02 iyul 2026

