İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan şəxs yaxalanıb
Ağcabədidə narkokuryerdən 7 kiloqram heroin, tiryək və marixuana aşkar edilib. Əvvəllər məhkum olunmuş Səbuhi Mamedov maddi qazanc müqabilində sosial şəbəkə vasitəsilə tanıdığı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. Cinayət işi başlanılıb.
Fərid Mehdiyev