İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunan şəxslər yaxalanıb
Yevlaxda polis Ceyhun Məmmədovu saxlayıb. Evinin yaxınlığındakı əraziyə baxış zamanı 30 kiloqram 93 ədəd çətənə bitkisi aşkarlanıb. Əvvəllər məhkum olunan Ruslan Məmmədov və qohumu Xalid Abdullayevdən isə 16 kiloqrama yaxın heroin və marixuana götürülüb. Onlar İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunublar. Faktlarla bağlı cinayət işləri başlanılıb.
Vüsalə Cənnətova