İran vətəndaşı sürdüyü "TIR"la Şərurda qəza törədib
Şərur rayonunun Xanlıqlar kəndi ərazisində "TIR" aşıb. İran vətəndaşının idarəetməni itirməsi nəticəsində baş verən qəza zamanı sürücü yüngül xəsarətlər alıb, yük ətrafa dağılıb. İlkin araşdırmaya görə, sürücü yuxulu vəziyyətdə olub. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlib.
Fərid Mehdiyev