İran səfiri Prezident İlham Əliyevə təşəkkür edib
İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Prezident İlham Əliyevə təşəkkür edib.Səfir bu fikri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovla görüş zamanı səsləndirib. O, son dövrlərdə baş verən hadisələr zamanı Azərbaycanın göstərdiyi mövqeni yüksək qiymətləndirib.Görüşdə İran və Azərbaycan arasında tarixi, dini və mədəni əlaqələrin önəmi vurğulanıb, bu münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.Dəmirçilu həmçinin Azərbaycandan göstərilən humanitar və mənəvi dəstəyin əhəmiyyətini diqqətə çatdırıb.Tərəflər dini sahədə əməkdaşlıq, təcrübə mübadiləsi və regionda dini sabitliyin qorunması məsələlərini müzakirə ediblər.

