Canlı
İran matəm saxlayır, Prezident İlham Əliyev Ruhaniyə başsağlığı verdi

Prezident İlham Əliyev İranda baş verən güclü zəlzələ ilə əlaqədar bu ölkənin Prezidenti Həsən Ruhaniyə başsağlığı verib. Dövlət başçısı təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını diləyib. İranın zəlzələ baş verən Kirmanşah əyalətində 3 günlük matəm elan olunub. 7,4 ballıq təbii fəlakət nəticəsində ölənlərin sayı 211 nəfərə çatıb, 1600-dən çox yaralı var. Zəlzələ Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan və cənub rayonlarında zəif hiss olunub. Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib ki, zəlzələ zamanı yaranan dərinlik qırılmalarının Azərbaycanla əlaqəsi yoxdur, ölkədəki zəlzələ ocaqlarının oyanması ehtimal edilmir.

Vəfa Şairova