İran ordusu kəşfiyyat (ETTELAAT) naziri İsmayıl Xətibinin öldürülməsinə cavab olaraq İsraildə hərbi və təhlükəsizlik obyektlərini hədəf alıb.İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin Qüdsdəki binasına və bu ölkənin Təl-Əvivdə yerləşən 13-cü telekanalının ofisinə zərbələr endirdiyini bəyan edib.Zərbə pilotsuz uçuş aparatları vasitəsilə endirilib.Telekanal İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən Təl-Əvivdəki Ben-Qurion hava limanına, Hayfa və Rişon-le-Siondakı neft emalı zavodlarına da zərbələrin endirildiyini bildirib.Zərbələr "Qədr", "İmad", "Xeybərşəkən" və "Xürrəmşəhr" raketləri ilə həyata keçirilib.Orta mənzilli raketlərdən istifadə edilməklə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasına zərbələr endirilib.
19 mart 2026

