Canlı
İran-İraq sərhəddində baş vermiş zəlzələ nəticəsində təxminən 12 min ev dağılıb

İranın İraqla sərhədində baş vermiş, 400-dən çox insanın öldüyü güclü zəlzələ nəticəsində dağılan evlərin sayı təxminən 12 min qeyd olunub. Bu rəqəmi İran üzrə Qızıl Xaç Cəmiyyətinin rəhbəri Morteza Salimi səsləndirib. Zəlzələ nəticəsində bir neçə tarixi abidə də dağılıb. Son məlumatlara görə İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 450-yə yaxın olub. Yaralıların sayı 7 mindən çoxdur.

Vüsalə Camal