İran Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini boşaltmasını istəyir
2020-10-06 13:08
İran Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini boşaltmasını istəyir. Bunu İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib. "Bununla əlaqədar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Təşkilata üzv olan ölkələr bu qurumun qətnamələrinə hörmətlə yanaşmalıdır. İşğal nəticəsində didərgin düşən 1 milyon azərbaycanlı tezliklə öz torpaqlarına geri qayıtmalıdır".
Nərgiz Camal