İran Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpa olunmasında iştirak etməyə hazırdır
2020-12-09 16:05
İran Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpa olunmasında iştirak etməyə hazırdır. Bunu İran Prezidenti Həsən Ruhani Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib. “İran və Azərbaycan arasında öncəki anlaşmalar, o cümlədən Rəşt-Astara dəmiryolu xəttinin inşa edilməsi prosesinin sürətləndirilməsi zəruridir. Bundan əlavə iki ölkə arasında birgə layihələrin icrasına, o cümlədən Xudafərin hidroqovşağı və elektrik stansiyasının inşa olunmasına şərait yaranıb”, - deyə Həsən Ruhani qeyd edib.
Fərid Mehdiyev