İran Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasını təkid edir
2020-10-06 18:03
İran BMT əsasnaməsi və beynəlxalq qaydalara əsasən, həmişə Azərbaycanın ərazi bütövlüyünün qorunmasını vurğulayır və dəstəkləyib. Bunu İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat brifinqində deyib. Onun sözlərinə görə, İran Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasını təkid edir. İran hökumətinin sözçüsü Qarabağın Azərbaycana aid olduğunu vurğulayıb.
Nərgiz Camal