İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılıb
İran aviaşirkətlərinin Azərbaycana uçuşları sentyabrın 22-dən müvəqqəti dayandırılıb. Dövlət Mülki Aviasiya Agentliyi bunu ABŞ-ın İran aviasiya sektoruna tətbiq etdiyi sanksiyalarla əlaqələndirib. Reysləri ləğv olunan sərnişinlərə aviaşirkətlərə və bilet aldıqları satış məntəqələrinə müraciət etmək tövsiyə olunur. Azərbaycana qayıda bilməyən vətəndaşlara isə quru sərhəddən qayıdış üçün səfirlik və Təbrizdəki Baş Konsulluq tərəfindən köməklik göstəriləcək.
23 sentyabr 2026

