İran Aİ-ni Yaxın Şərqdəki münaqişəyə müdaxilədən çəkindirib
İran Avropa ölkələrini İsrail və ABŞ-nin Tehrana qarşı mümkün birgə əməliyyatında iştirakdan çəkinməyə çağırıb.İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai bildirib ki, Aİ ölkələrinin belə addımı İsrail və ABŞ ilə müttəfiqlik kimi qiymətləndiriləcək və bu, İrana qarşı müharibə aktı hesab olunacaq.Daha əvvəl Böyük Britaniya, Almaniya və Fransa İranın Yaxın Şərqdəki müttəfiqlərinə hücumlara son qoymayacağı təqdirdə hərbi güc tətbiq etməyə hazır olduqlarını bəyan ediblər.

