İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
İranın ali lideri Müctəba Xamenei ölkə nümayəndə heyətinin ABŞ ilə İslamabad şəhərində keçiriləcək danışıqlarda iştirakına razılıq verib.Məlumata görə, İran tərəfi bu qərarı gözləyirdi və icazə aprelin 20-si axşam saatlarında verilib. Danışıqların gecikməsində İslam İnqilabı Keşikçiləri Korpusunun təzyiqlərinin rol oynadığı bildirilir. İran tərəfi daha sərt mövqe tutaraq ABŞ-ın tətbiq etdiyi blokadanın aradan qaldırılmasını əsas şərt kimi irəli sürür. ABŞ vitse-prezidenti Cey Di Vens aprelin 21-də İslamabada yola düşəcək. ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, Vens və xüsusi nümayəndə Stiv Uitkoff artıq danışıqların yeni mərhələsinə hazırlıq üçün səfərə başlayıblar.
21 aprel 2026

