İran Silahlı Qüvvələri bəyan edib ki, hər hansı təcavüzkar addımların təkrarlanacağı halda dərhal və qətiyyətli cavab verməyə hazırdır.“Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı Əli Abdullahi bildirib ki, Tehran hərbi sahədə, o cümlədən Hörmüz boğazına nəzarət istiqamətində üstünlüyünü qoruyur və ABŞ-nin “yanlış narrativlər” yaymasına imkan verməyəcək.Məlumata görə, İranla ABŞ arasında atəşkəs aprelin 22-də başa çatır. Bu müddət ərzində tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edib və Fars körfəzində dəniz daşımalarına nəzarət gücləndirilib.Aprelin 20-si gecə saatlarında ABŞ hərbi gəmisi tərəfindən Oman körfəzində İran bayrağı altında üzən yük gəmisinin ələ keçirildiyi, buna cavab olaraq isə İranın ABŞ gəmilərinə dronlarla hücum etdiyi iddia olunur.
21 aprel 2026

