İran 14 maddəlik yeni təkliflərini Pakistan vasitəsilə ABŞ-a təqdim edib
İran 14 maddədən ibarət yeni təkliflərini Pakistan vasitəsilə ABŞ-a təqdim edib.Bu barədə Tasnim məlumat yayıb. Tehran isə mesaj mübadiləsi çərçivəsində təkliflərini yenidən redaktə edərək Pakistan vasitəsilə Vaşinqtona çatdırıb.İranın yeni təkliflər paketi əsasən müharibənin dayandırılması üzrə danışıqlar və ABŞ tərəfindən etimad tədbirlərinin görülməsi məsələlərini əhatə edir.İsmayıl Bəqai bu gün keçirdiyi mətbuat konfransında Tehran və Vaşinqton arasında danışıqların Pakistan vasitəçiliyi ilə davam etdiyini, İranın isə hazırda müharibənin dayandırılmasına fokuslandığını bildirib.
18 may 2026

