İran çempionatında çıxış edən Təbrizin "Traktor" futbol klubunun koronavirus testlərinin nəticəsi müəyyənləşib
2020-05-25 16:07
İran çempionatında çıxış edən Təbrizin "Traktor" futbol klubunun koronavirus testlərinin nəticəsi müəyyənləşib. Cənubi Azərbaycan təmsilçisinin 4 futbolçusunda infeksiya aşkarlanıb. Oyunçuların adları açıqlanmasa da, onların karantin altına alındıqları bildirilib. Koronavirus pandemiyasına görə dayandırılan İran çempionatının Ramazan bayramından sonra bərpa olunacağı gözlənilir.
Vəfa Şairova