İranın Qərbi Azərbaycan əyalətində polislə etirazçılar toqquşub, 3 nəfər ölüb
İranın Qərbi Azərbaycan əyalətinin Məhabad şəhərində kütləvi küçə nümayişləri keçirilib. Etirazçılar bank və dövlət binalarının şüşələrini sındırıb və yandırıblar. Baş verən iğtişaşda 3 nəfər ölüb, yaralananlar var. Polis etirazçıları dağıtmaq üçün müdaxilə edib. İğtişaşlar zamanı saxlanılanlar olub. İranın Mazandaran əyalətində isə terror aktı törədilib. Axşam saatlarında əyalətin Amol şəhərində keçirilən terror əməliyyatında "Bəsic Xalq" könüllülər qüvvələrinin 2 üzvü həyatını itirib.
Bu, son bir həftədə təhlükəsizlik qüvvələrinə qarşı ikinci terror aktıdır.