İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verilib
İranın futbol üzrə milli komandasının 2026-cı il dünya çempionatında iştirakı üçün viza problemi həll olunub.Bunu İranın Türkiyədəki səfiri Məhəmməd Həsən Həbibulahzadə açıqlayıb.Vizalar istisna qaydada - Ankaradakı Meksika səfirliyinə getmədən və barmaq izi olmadan rəsmiləşdirilib.2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. İran milli futbol komandası G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə mübarizə aparacaq.
03 iyun 2026

