İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasına Ağrı dağının (Ararat) göründüyü video materialları yayımlamamaq barədə göstəriş verildiyi bildirilir. Kadrlarda dağ göründükdə videonun silinməsi və yeni versiyanın hazırlanması tapşırılıb. Ermənistan hakimiyyətinin pasport möhürlərindəki Ağrı dağı təsvirini də ləğv etdiyi, yeni pasport nümunəsində isə Xor Virap monastırının dağ görünməyəcək bucaqdan təsvir edildiyi qeyd olunur. Ermənistanın Baş naziri Nikol Paşinyan tez-tez "bizim dağımız Araqatsdır" ifadəsini işlədir və onun iqamətgahındakı zalların birində məhz Araqats dağının böyük şəkli asılıb.
29 sentyabr 2026

