Canlı
İqtisadiyyat naziri mayın 18-də rayonlarda vətəndaşları qəbul edəcək

2018-05-16 / 19:05

İqtisadiyyat naziri Şahin Mustafayev mayın 18-də Ağcabədidə Ağdam, Laçın və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edəcək. Görüş saat 11:00-dan etibarən Bayraq Muzeyinin inzibati binasında keçiriləcək. İqtisadiyyat nazirinin Göygöldə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Görüşün keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Vüsalə Camal