İqtisadi Şuranın növbəti iclası keçirilib
Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib. İnformasiya və Kommunikasiya Texnologiyaları sektorunun təşviqinə yönəlmiş qanunvericiliyə dəyişiklik layihələri, o cümlədən, elmi tədqiqat və kadr hazırlığı proqramları ilə yanaşı, texnopark, vergi, sosial müdafiə, gömrük, miqrasiya qanunvericiliyinə dəyişikliklər müzakirə olunub. Məsələlər barədə qərarlar qəbul olunub.