İqlim dəyişiklikləri kənd təsərrüfatına və su ehtiyatlarına təzyiqi artırır. Su qıtlığı, quraqlıq və ekstremal hava hadisələri əsas problemlər sırasındadır. "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bildirib ki, iqlim dəyişikliklərinə uyğunlaşma tədbirləri fermerlərə də çatdırılmalıdır. Azərbaycanda son 10 ildə ekstremal hava hadisələrinin sayı və intensivliyi artıb.Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın sözlərinə görə, erkən xəbərdarlıq sistemləri hava hadisələrinin vurduğu zərəri 30 faizə qədər azalda bilər. Bundan başqa, Xəzər dənizində suyun səviyyəsinin dəyişməsi gəmiçilik və Orta Dəhliz üçün də çətinliklər yaradır. Su səviyyəsinin azalması gəmilərin yükdaşıma imkanlarını məhdudlaşdırır. Həmçinin, UN-Habitat Bakı, Naftalan və Astarada su riskləri və iqlim dəyişikliklərinə uyğunlaşma layihələri həyata keçirir.
08 sentyabr 2026

