Canlı
İpoteka və Kredit Zəmanət Fondunun 20 mln. manatlıq istiqrazları yerləşdiriləcək

2018-05-15 / 18:08

Mayın 17-də Bakı Fond Birjasında Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərraca 20 mln. manat həcmində istiqraz çıxarılacaq. İstiqrazların tədavül müddəti 23 ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.

Vüsalə Camal