İnternet üzərindən superblits üzrə Birinci Azərbaycan Kubokunun qalibi müəyyənləşib
2020-04-17 10:06
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən internet üzərindən superblits üzrə Birinci Azərbaycan Kubokunun qalibi müəyyənləşib.17 turdan ibarət olan internet üzərindən Birinci Azərbaycan Kubokunun qalibi Eltac Səfərli olub. Azərbaycan millisinin üzvü, Avropa çempionu 14 xal toplamaqla hamını qabaqlayıb. Hərəyə 13,5 xal toplayan yığma üzvləri Rauf Məmmədovla Qədir Hüseynov ikinci və üçüncü yeri tutublar.
Fərid Mehdiyev