İntensiv yağışlar Xaçmazda fəsadlar yaradıb
Xaçmazda bir neçə gündür davam edən yağıntılar fəsad törədib. Rayonun Tel kəndində küçələri və həyətləri sel basıb. Kənddə 4 evin həyətyanı sahəsinə, Şimali kəndində isə, bir neçə küçəyə yağış suları dolub. Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən əraziyə baxış keçirilib, xüsusi texnikalar vasitəsi ilə fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.
Fərid Mehdiyev