İngiltərə Premyer Liqasında 23-cü turun oyunları keçirilir
Səfərdə “Lids”lə qarşılaşan “Mançester Yunayted” 2:0 hesablı qələbəyə sevinib. “Mançester Siti” isə evdə “Aston Villa”ya heç bir şans verməyib, 3:1. İspaniya La Liqasının 21-ci turu çərçivəsində “Vilyarreal”a qonaq olan “Barselona” 3 xalı xanəsinə yazdırıb, 0:1. “Atletiko” isə səfərdə “Selta”dan eyni hesabla üstün olub. İtaliya A Seriyasında 22-ci turun oyunları davam edir. Lider “Napoli” “Kremoneze”ni 3:0 yenib.” Fiorentina”nı qəbul edən “Yuventus” isə minimal hesabla qalib gəlib.
Vəfa Şairova