İngiltərənin "Bornmut" klubu qapıçısı Asmir Beqoviçi yenidən icarəyə verib
2020-01-14 10:06
İngiltərənin "Bornmut" klubu qapıçısı Asmir Beqoviçi yenidən icarəyə verib. Bosniyalı əlcək sahibi İtaliyanın "Milan" klubuna keçib. Klub saytı təcrübəli qolkiperlə iyunun 30-na kimi müqavilə imzalandığını açıqlayıb. Qeyd edək ki, 32 yaşlı qapıçı mövsümün ilk yarısını Azərbaycan çempionu "Qarabağ"da keçirib. O, Ağdam klubunda 17 oyun çıxıb və 16 top buraxıb.
Fərid Mehdiyev