İngiltərənin Arsenal klubunun yarımmüdafiəçisi Məhəmməd El-Nenni koronavirusa yoluxub
2020-11-17 14:08
İngiltərənin Arsenal klubunun yarımmüdafiəçisi Məhəmməd El-Nenni koronavirusa yoluxub. Oyunçunun COVID-19 testi komandasının Afrika Kubokunun seçmə mərhələsi çərçivəsində Toqoya qarşı matçı ərəfəsində müsbət nəticə verib. Futbolçu dərhal özünü təcrid edib. Onun xəstəliyi simptomsuz keçir. Güman edilir ki, El-Nenni komandasına Premyer Liqanın noyabrın 22-də Lids Yunaytedə qarşı keçiriləcək matçında kömək edə bilməyəcək.
Vüsalə Camal