İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Odion İqalo ilə yollarını ayırıb
2020-01-28 14:10
İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Odion İqalo ilə yollarını ayırıb. 31 yaşlı hücumçu ilə başa çatan icarə müqaviləsinin müddəti uzadılmayıb. Futbolçu müqavilə ilə məxsus olduğu Çinin “Şanxay Şenxua” klubuna qayıdıb. İqalo ötən ilin yanvarında Mançester Yunaytedə keçmişdi. O, İngiltərə təmsilçisində 23 oyunda 5 qol vurub, 1 qolun ötürməsini verib.
Nərgiz camal