İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Con Stounzun komandadakı taleyinə aydınlıq gəlib
2020-02-11 14:03
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Con Stounzun komandadakı taleyinə aydınlıq gəlib. “Şəhərlilər” Stounzun xidmətindən uzun müddətli yararlanmaq istəyir. Klub müdafiəçiyə yeni müqavilə təklif edib. Futbolçu da komandada qalmaq niyyətindədir. 2016-cı ilin yayından “Mançester Siti”də çıxış edən Stounzun klubla hazırki müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.
Vüsalə Camal