İngiltərənin “Mançester Siti” klubunda mart ayının ən yaxşı futbolçusu müəyyənləşib
2021-03-30 16:00
İngiltərənin “Mançester Siti” klubunda mart ayının ən yaxşı futbolçusu müəyyənləşib. Klubun saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, Kevin de Brüyne cari ayın ən yaxşısı seçilib. Belçikalı yarımmüdafiəçi cari mövsümdə ikinci dəfə bu ada layiq görülüb. Kevin de Brüyne cari mövsümdə Mançester təmsilçisinin heyətində keçirdiyi 31 oyunda 7 dəfə fərqlənib.
Fərid Mehdiyev