İngiltərənin “Arsenal” klubunun futbolçusu Mesut Özil karyerasını Türkiyədə davam etdirə bilər
2019-12-20 16:08
İngiltərənin “Arsenal” klubunun futbolçusu Mesut Özil karyerasını Türkiyədə davam etdirə bilər. 31 yaşlı almaniyalı yarımmüdafiəçinin xidmətində “Fənərbağça” maraqlıdır. “Topçular”ın Türkiyə əsilli futbolçunu qış fasiləsində İstanbul təmsilçisinə icarəyə verəcəkləri bildirilir.
Vüsalə Camal