İngiltərədə matçlarda futbolçuların əvəzetmə sayının artırılması təklif edilir
2020-06-02 18:09
İngiltərənin "Çelsi" klubu Premyer Liqanın bərpası ərəfəsində yeni təklif irəli sürüb. "Zadəganlar" çempionat matçlarında əvəzetmə sayının 9-dək artırılmasını istəyir. London təmsilçisi futbolçuların sıx təqvimə görə zədələnmə ehtimalından narahatdır. İngiltərə Premyer Liqasının iyunun 17-də bərpa olunması ilə bağlı qərar verilib.
Fərid Mehdiyev