İngiltərədə Çempionlar Liqasına gedəcək son iştirakçılar da bilindi
2020-07-27 10:07
Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizəyə yekun vurulub. 38-ci turda əsas diqqətlər "Lester" - "Mançester Yunayted" matçına yönəlib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Bununla da "qırmızı şeytanlar" xallarını 66-ya çatdıraraq, Çempionlar Liqasına üçüncü vəsiqənin sahibi olublar. Dördüncü vəsiqəyə isə evdə "Vulverhempton"u 2:0 hesabı ilə yenən "Çelsi" eyni xalla sahib çıxıb. Çempion "Liverpul" bu tur səfərdə "Nyukasl"ı 3:1 hesabı ilə məğlub edərək, 99 xal toplayıb. İkinci yeri "Norviç"i 5:0 hesabı ilə yenərək, xalını 81-ə çatdıran "Mançester Siti" tutub.
Fərid Mehdiyev