İngiltərə Premyer Liqasında VII turun mübarizəsi davam edir
2020-11-01 11:10
İngiltərə Premyer Liqasında VII turun mübarizəsi davam edir. Mövsümə qeyri-stabil nəticələrlə başlayan “Mançester Siti” hələ də qələbə üzünə həsrət qalan “Şeffild Yunayted”ə səfərdə 1 qolla qalib gəlib. Bu matça qədər qələbəsi olmayan digər autsayder “Bernli” “Çelsi”ni qəbul edib. “Zadəganlar” 3 xalı 3 cavabsız topla qazanıblar. Liderlər qrupunda qərarlaşan son çempion “Liverpul” isə “Vest Hem”i sınağa çəkib. “Enfild Roud”da baş tutan görüşdə qonaqlar hesabı erkən açsa da, “qırmızılar” əzmkar qələbə qazanmağa müvəffəq olublar - 2:1.
Nərgiz Camal