İngiltərə Premyer Liqasında saxta koronavirus peyvəndi sertifikatları təklif edilir
2021-10-26 12:12
İngiltərə Premyer Liqasında çıxış edən futbolçulara kütləvi şəkildə saxta koronavirus peyvəndi sertifikatları təklif edilir. Belə ki, 4 klub fırıldaqçıların 1,86 milyon avro müqabilində oyunçularla əlaqə saxladığını təsdiqləyib. İdmançıların bunu qəbul edib-etmədiyi hələlik bəlli deyil. Qeyd edək ki, Premyer Liqa rəhbərliyi ötən həftə oyunçuların 68 faizinin tam peyvənd olunduğunu, 81 faizinin isə birinci dozanı qəbul etdiyini açıqlayıb.
Fərid Mehdiyev