İngiltərə Premyer Liqasında koronavirusa rekord yoluxma qeydə alınıb
2021-12-21 14:00
Futbol üzrə İngiltərə Premyer Liqasında koronavirusa rekord sayda yoluxma qeydə alınıb. Dekabrın 13-dən 19-dək oyunçulardan, texniki heyətdən və digər şəxslərdən 12 345 test götürülüb. Onlardan 90-ı müsbət çıxıb. Bu da pandemiyanın başlanğıcından mütləq rekorddur. İngiltərə Premyer Liqasının bir neçə oyunu koronavirusa görə təxirə salınıb.
Nərgiz camal