İngiltərə Premyer Liqasında 34-cü turun növbəti oyunları keçirilib

2019-04-15 / 10:18

Futbol üzrə İngiltərə Premyer Liqasında 34-cü turun növbəti oyunları keçirilib. Həftənin mərkəzi qarşılaşmasında lider Liverpul doğma publika önündə Çelsini sınağa çəkib. Mersesaydlılar 3 dəqiqə ərzində 2 top vuraraq 2:0 qalib gəliblər. Liveri addım-addım izləyən Mançester Siti səfərdə Kristal Pelasın qonağı olub. Şəhərlilər isə 1:3 hesabıyla qələbə qazanıblar.

Fərid Mehdiyev