İngiltərə Premyer Liqasında 12-ci tur başa çatıb
İngiltərə Premyer Liqasında 12-ci tura yekun vurulub. Son gündə 5 görüş baş tutub. “Liverpul” doğma meydanda “Brentford”u 3:0 məğlub edib. Aston Villa Fulhemə 3:1, Vest Hem Nottingem Forestə 3:2 qalib gəlib. Brayton – Şeffild Yunayted matçında qalib müəyyənləşməyib - 1:1. Turun mərkəzi oyununda “Çelsi” “Mançester Siti” ilə üz-üzə gəlib. Futbol adına hər şeyin olduğu qarşılaşmadan qalib çıxmayıb. 8 qolun vurulduğu görüş 4:4 hesabı ilə başa çatıb. Premyer Liqada 28 xala malik “Mançester Siti” vahid liderdir. Liderdən 1 xal geri qalan “Liverpul”la və “Arsenal” 2-3-cü yerləri bölüşdürür.
Emin İsazadə