İngiltərə Premyer Liqasının 5-ci turunun matçında “Nyukasl Yunayted” “Mançester Yunayted”i qəbul edib
2020-10-18 10:01
İngiltərə Premyer Liqasının 5-ci turunun matçında “Nyukasl Yunayted” “Mançester Yunayted”i qəbul edib. Nyukasl-apon-Taynda keçirilən matç qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Mançester Yunayted” 6 xal toplayaraq İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü yerdə qərarlaşıb. Yeddi xalı olan “Nyukasl” 11-ci yerdədir. Turnir cədvəlinə 13 xalla “Everton” başçılıq edir.
Nərgiz Camal