İngiltərə Liqa Kubokunda ilk finalçı bəlli olub
2020-01-06 10:09
Futbol üzrə İngiltərə Liqa Kubokunda ilk finalçı müəyyənləşib. Yarımfinal səddini "Tottenhem" komandası uğurla adlayıb. London təmsilçisi "Brentford"u mübarizədən kənarlaşdırıb - 2:0. Qolları 12-ci dəqiqədə Mussa Sissoko və 70-ci dəqiqədə Son Hın Min vurub. Digər yarımfinalda "Mançester Yunayted" və "Mançester Siti" klubları üz-üzə gələcək. Görüş bu gün keçiriləcək.
Vəfa Şairova