İngiltərə klubunun müdafiəçisinin "Qalatasaray"a keçidi baş tutmayıb
İngiltərənin "Nottinqem Forest" klubunun müdafiəçisi Serj Oryenin "Qalatasaray"a keçidi baş tutmayıb. Tərəflər ödəniş şərtləri ilə bağlı razılığa gələ bilməyiblər. Kot-d'İvuar millisinin 31 yaşlı üzvü 2022-ci ilin sentyabrından İngiltərə klubunda çıxış edir. Orye bu mövsüm Premyer Liqada 12 oyun keçirib və 2 məhsuldar ötürmə edib. Onun "Nottinqem Forest" ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.
Fərid Mehdiyev