İngiltərə klubları transferlərə bir milyard avrodan çox pul xərcləyib
2020-10-09 18:06
İngiltərə klublarının yay transferlərinə xərclədiyi məbləğ açıqlanıb. Klublar yeni oyunçular almaqdan ötrü 1,25 milyard ABŞ dolları sərf ediblər. Statistik göstəricilərdə 1 iyun - 5 oktyabrdakı transfer fəaliyyəti nəzərə alınıb. İtaliya, İspaniya, Fransa və Almaniya transfer xərcləri baxımından ilk "5-lik"də qərarlaşıblar. Rusiya isə 75,7 milyon avro göstərici ilə 9-cu olub.
Vüsalə Camal