İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransanın futbol çempionatları iyulun 31-dək başa çatdırılmalıdır
2020-04-23 14:07
İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransanın futbol çempionatları iyulun 31-dək başa çatdırılmalıdır. Bununla bağlı UEFA və Avropa Klublar Assosiasiyası arasında razılıq əldə olunub. Top-5 liqalarında mövsüm bitdikdən sonra avqustda avrokuboklar bərpa olunacaq. UEFA bütün federasiyalara növbəti dəfə çempionatların başa çatdırılmasını tövsiyə edib. Hazırda Avropada yalnız Belarus çempionatı keçirilir.
Nərgiz Camal