Canlı
İndoneziya rəhbərliyi Azərbaycana göstərilən humanitar dəstəyə görə minnətdarlığını bildirib

2018-11-09 / 08:38

İndoneziyanın Fəlakətlərin Aradan Qaldırılması üzrə Milli Agentliyi dövlətimiz tərəfindən göstərilən humanitar dəstəyə görə Azərbaycan xalqı və rəhbərliyinə Respublika adından minnətdarlığını bildirib. Xarici İşlər Nazirliyinin məlumatına əsasən, 28 sentyabrda Indoneziyanın Sulavesi adasında baş vermiş zəlzələnin törətdiyi fəsadların miqyasını nəzarə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim edilib.

Vəfa Şairova