İndiyədək Qarabağa qayıdan əhalinin sayı açıqlanıb
Dövlət Statistika Komitəsi indiyədək Qarabağa qayıdan əhalinin sayını açıqlayıb.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 1 iyun 2026-cı ilədək işğaldan azad edilmiş ərazilərə 36492 nəfər keçmiş məcburi köçkün geri qayıdıb.Bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 88123 nəfər təşkil edib.
18 iyun 2026

