İndiyədək 16 ailə yaxınlarının ölümündən sonra orqanlarının bağışlanmasına razılıq verib
2025-ci ilin fevral ayından bu günədək 16 ailə yaxınlarının ölümündən sonra orqanlarının bağışlanmasına razılıq verib.Bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.O bildirib ki, həmin donorlar vasitəsilə 85 orqan köçürülüb. Onlardan dördü ürək transplantasiyasıdır.Hazırda 1500 Azərbaycan vətəndaşı orqan transplantasiyası üzrə gözləmə siyahısındadır.
06 noyabr 2026

