İncəsənət məktəblərində tədris proqramları yenilənir
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi incəsənət məktəbləri və mərkəzlərində tədris proqramlarını yeniləyir.Yenilənmə müasir pedaqoji yanaşmalara və milli musiqi ənənələrinə əsaslanır. Proqramlara fortepiano, violin, tar, kamança, qanun, qarmon, eləcə də xor, vokal və balaban ixtisasları daxildir.Məqsəd tədrisin keyfiyyətini artırmaq və şagirdlərin bilik-bacarıqlarını daha da inkişaf etdirməkdir.
14 may 2026

