İmtahan binalarında profilaktik işlər tamamlanıb
2020-06-17 16:06
Dövlət İmtahan Mərkəzi 18 və 19 iyunda buraxılış imtahanları keçiriləcək binalarında bir sıra profilaktik tədbirlər həyata keçirilib. Dezinfeksiya və təmizlik işləri aparılıb və sanitar-gigiyenik tələblərə uyğun şərait yaradılıb. Bundan əlavə, şagirdlərin imtahana buraxılış zamanı toplaşacağı yerlərdə sosial izolyasiya qaydalarına əməl etməsi üçün 2 metrlik ara məsafəsi nişanları çəkilib.
Vüsalə Camal